"Seçki həqiqi rəqabətin olmadığı şəraitdə keçib"

12-02-2020 01:20 / Bu xəbər 806 dəfə oxundu

ABŞ Dövlət Departamentinin sözüçüsü belə deyir

"Azərbaycanda seçkilər həqiqi rəqabətin olmadığı və ciddi prosedur pozuntularının olduğu bir şəraitdə keçib".

ABŞ Dövlət Departamentinin sözüçüsü Morgan Ortagus fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri barədə "Twitter" səhifəsində belə yazıb.

O, pozuntulara bülletenlərin topa şəkilində atılması, qrup səsverməsi və səslərin sayılmasında əhəmiyyətli çatışmazlıqların daxil olduğunu bildirib.

Morgan Ortagus yazdığına ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatını əlavə edib.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Dekabrın 2-də Milli Məclis bununla bağlı ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezident İlham Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Bəzi müxalifət qüvvələri isə vurğulayıb ki, seçkilərin təqribən 8 ay əvvələ çəkilməsi hakimiyyətin opponentlərinə bu prosesə lazımı şəkildə hazırlaşmağa imkan tanımamaq istəyindən irəli gəlib.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi.