“Seçki komissiyasının üzvlərini güllələyəcəyik” - Separatçılar

“Seçki komissiyasının üzvlərini güllələyəcəyik”   - Separatçılar

27-01-2014 11:12 / Bu xəbər 766 dəfə oxundu

Dünən Ukraynada keçirilən parlament seçkilərində gərginlik müşahidə olunub. 

Luqansklı separatçılar seçki məntəqələrinə gələrək komissiya üzvlərinə, sadə seçicilərə hədə-qorxu gəliblər.

Onlar seçkilərdə iştirak edənlərin, bu prosesdə təşkilatçı olanların müharibə qanunları ilə cəzalandıracağını deyiblər. 

Rusiyayönümlü döyüşçülər seçki komissiyasının üzvlərini güllələməklə hədələyiblər.

Qeyd edək ki, seçki günü Luqanskda 420, Donetskdə isə 1047 seçki məntəqəsi fəaliyyət göstərib.(AzNews.az)


Arqument.az