Şəkidə ağac aşdı, 15 yaralı var

Şəkidə ağac aşdı, 15 yaralı var

14-07-2019 14:48 / Bu xəbər 1241 dəfə oxundu

Yaralıların beşi xarici turistlərdir

İyulun 14-də saat 11 radələrində Şəki rayonunda Xan Sarayının yanındakı Şərq çinarı ağacının bir qolu qırılaraq aşıb.

Nəticədə hadisə yerində olan xeyli adam yaralanıb.

Məlumatı Meydan TV-yə yerli sakinlər verib.

Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi Dövlət Səfərova olayı təsdiqləyib.

O bildirib ki, xəstəxanaya 15 nəfər yaralı gətirilib, onlardan 5-i xarici, qalanları yerli turistlərdir. Hadisə nəticəsində ölən yoxdur.

İyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.