Səlahəddin Dəmirtaş xəbərdarlıq etdi: "Sevinmək haqqımızdır, amma..."

Səlahəddin Dəmirtaş xəbərdarlıq etdi:

07-06-2015 23:54 / Bu xəbər 1063 dəfə oxundu

HDP həmsədri Səlahəddin Dəmirtaş partiya üzvlərinə xəbərdarlıq edib. 

Musavat.com-un məlumatına görə, S. Demirtaş bu barədə Tvitter sosial şəbəkəsində  yazıb: 

"Xahiş edirəm heç bir dostumuz, yoldaşımız səlahiyyətli olduğu yeri tərk etməsin. Uğurumuzu qeyd etmək üçün küçəyə çıxmasın. Sevinmək hamımızın haqqıdır, amma hələ yox”.

Bununla belə, Diyarbəkirdə və digər bölgələrdə yerli xalq artıq küçə və meydanalara çıxıblar. Onlar HDP-nin seçim barajını aşmasını 80-ə yaxın mandat qazanmasını alqışlamağa başlayıblar.

Arqument.Az