Selin Diona həsr olunmuş “Sevgi səsi” Bakı ekranlarında

Selin Diona həsr olunmuş “Sevgi səsi” Bakı ekranlarında

28-01-2022 16:54 / Bu xəbər 1039 dəfə oxundu

Dünya şöhrətli kanadalı müğənni Selin Dionun həyat hekayəsindən bəhs edən "Sevgi səsi” filmi "Dəniz Mall”da yerləşən "CinemaPlus” premium kinoteatrında ekrana çıxıb. 

Filmin nümayişi ilə bağlı keçirilən tədbirdə gənc ifaçılar Vlada Axundova və Elvin Novruzov Selin Dionun repertuarından məşhur mahnılarını ifa ediblər. 

Tədbirdə şou-biznesin tanınmış simaları, jurnalistlər, blogerlər və digər şəxslər iştirak edib.  

Filmin yaradıcısı, ssenari müəllifi, rejissoru və baş rol ifaçısı Valeri Lemersye müğənninin çoxdankı pərəstişkarıdır. 

Süjet xəttinə gəlincə, məşhur prodüser əyalətdə unikal səsi olan balaca qızın istedadını aşkar edir. 

Bu qızın dünyanın ən tanınmış müğənnilərindən biri olmaq üçün böyük şansı var. Ancaq bu xəyalın gerçək olmasına qədər bir çox addımlar var və sevgi həyatda ən vacib faktora çevriləndə hədəfə doğru getmək daha da çətinləşir...

Fransa-Kanada müştərək filmi olan "Sevgi səsi”ndə digər əsas rollarda Kerol Ueyers və Silven Marsel çəkilib. 

Ülviyyə