"Semaşko" digər xəstələrin üzünə bağlandı

17-06-2020 15:22 / Bu xəbər 1482 dəfə oxundu

Klinikaya yalnız koronavirus xəstələrini qəbul ediləcək

Kliniki Tibbi Mərkəz (KTM) koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək.

Bu barədə TƏBİB məlumat yayıb. 

Məlumata görə, Kliniki Tibbi Mərkəz pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib: "Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər".