Səməd Rəhimli DİN-ə niyə aparılıb?

Səməd Rəhimli DİN-ə niyə aparılıb?

18-01-2020 17:37 / Bu xəbər 2640 dəfə oxundu

Səməd Rəhimli polis əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinə aparılıb. 

Bu barədə Səməd Rəhimli "gözətci.az"a məlumat verib.

"Mənə saxlanılma olmadığını, sadəcə, bura dəvət olduğumu bildirdilər. Halbuki həmin müddət mən getmək istəmirdim. Müsahibələrimin birində "polis qüvvələri korrupsiyalaşıb” ifadəsini işlətmişəm. Bu səbəbdən məni DİN-ə aparıblar”, - o bildirib. 

Səməd Rəhimli 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəddir.