Səməd Seyidov namizəd olduğu bölgə ilə bağlı şeir yazdı: "Qatar gedir, zaman ötür"
28-12-2019 15:57 / Bu xəbər 1414 dəfə oxundu
Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yazdığı şeirdən bir parça paylaşıb.
S.Seyidovun şeiri Qazaxla bağlıdır.
O yazıb:
"Qatar gedir, zaman ötür,
Qazax tərzdə dönür ömür,
Doğma diyar səsləyəndə,
Könül dildən şeir tökür...”
S.Seyidov Yeni Azərbaycan Partiyasının 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədədir.
Xatırladaq ki, S.Seyidov Azərbaycan, rus və ingilis dillərində şeirlər yazır. (Oxu.az)












