Sergey Lavrov: "Rusiya Belarusu darda qoymayacaq"
24-05-2021 16:37 / Bu xəbər 884 dəfə oxundu
Respublikaya xaricdən olan təzyiqlər şəratində Rusiya Belarusu darda qoymayacaq.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 24-də mətbuata açıqlamasında deyib.
"Rusiya təbii ki, Belarusu darda qoymayacaq. Biz daim öz qonşumuza və strateji müttəfiqimizə yardım etməyə hazırıq. Axı bizim münüsibətlərimizin kökündə qardaşlıq, əksərən ailə bağları, ümumi tarix və mənəvi dəyərlər dayanır", - XİN başçısı vurğulayıb.
Lavrov Belarusdakı daxili vəziyyəti də qiymətləndirib: onun sözlərinə görə, vəziyyət sabitləşib: "Xaricdən gələn misilsiz dəstəyə baxmayaraq, emiqrant müxalifət vəziyyəti laxlada bilmir. Vətəndaşların əksəriyyəti küçə iğtişaşlarından beziblər və onların səmərəziliyini anlayırlar".
Mayın 24-də Avropa Parlamentindəki aparıcı fraksiyanın rəhbəri Manfred Veber Yunanıstandan Litvaya səfər edən "Ryanair" şirkətinə məxsus sərnişin təyyarəsinin Minskdə zorla yerə endirilməsinin "dövlət terroru aktı" kimi qiymətləndirib.
Mayın 23-də Afina-Vilnyüs marşrutu üzrə uçan İrlandiyanın "Ryanir" şirkətinə məxsus təyyarə göyərtəsində bomba olması ilə bağlı Minsk aeroportundan gələn tələb nəticəsində yerə endirilib.
Təyyarəni müşayiət etmək üçün Belarus Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcılarının havaya qaldırıldığı bildirilir.
Təyyarə Belarus hava limanına endirildikdən sonra isə xüsusi təyinatlılar göyərtədə olan "Nexta" teleqram-kanalının sabiq baş redaktoru Roman Protaseviçi həbs ediblər.
Belaruslu müxalif jurnalist və bloqer Roman Protaseviç Lukaşenko hakimiyyəti tərəfindən kütləvi iğtişaşlar təşkil etməkdə günahlandırılır.
Belarus onu beynəlxalq axtarışa vermiş və "terrorçu siyahısına" daxil etmişdi. Həyatına təhlükə olacağından ehtiyat etdiyi üçün Protaseviç bir neçə il əvvəl ölkəsini tərk etmişdi.












