Sergey Lavrov:“Bu bəyanatın işləməsi üçün hər şeyi etməyə qərarlıyıq”

Sergey Lavrov:“Bu bəyanatın işləməsi üçün hər şeyi etməyə qərarlıyıq”

21-11-2020 19:03 / Bu xəbər 828 dəfə oxundu

"Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Dağlıq Qarabağla bağlı ortaq bəyanatı böhrandan çıxmağın yeganə yoludur, bunu şübhə altına alma cəhdləri qəbuledilməzdir”.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov noyabrın 21-də Rusiyanın idarələrarası nümayəndə heyətinin Ermənistana səfərinin yekunları ilə bağlı bildirib.

Bu barədə "TASS" məlumat yayıb. 

Rusiya xarici işlər naziri Sergey Lavrov və  müdafiə naziri Sergey Şoyqu noyabrın 21-də Yerevana işgüzar səfərə gedib.