Sərhəd Xidmətinin əsgəri ehtiyatsızlıqdan ölüb

Sərhəd Xidmətinin əsgəri ehtiyatsızlıqdan ölüb

29-07-2020 12:24 / Bu xəbər 1850 dəfə oxundu

Dövlət Sərhəd Xidməti ehtiyatsızlıqdan əsgər Natiq Elçin oğlu Qurbanlının ölməsi barədə məlumat yayıb.

Hadisənin DSX-nın Qaradağ rayonundakı N saylı hərbi hissəsində baş verdiyi bildirilib.

Məlumata görə, hadisə təsərrüfat işlərinin görülməsi zamanı baş verib.

Natiq Qurbanlının 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağrıldığı bildirilir.

Meydan.tv