Sərhəd Xidmətinin həbs edilmiş zabitlərinin adları və vəzifələri

Sərhəd Xidmətinin həbs edilmiş zabitlərinin adları və vəzifələri

22-05-2020 12:42 / Bu xəbər 1264 dəfə oxundu

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidməti son günlər korrupsiyaya görə həbs olunan Sərhəd Xidməti əməkdaşlarının adlarını açıqlayıb.

Söhbət Xəzərdə brakonyerliyə havadarlıq edən generalın rəhbərliyilə bir qrup zabitdən gedir. Bu, Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin rəisi, DSX rəis müavini, general-leytenant Əfqan Nağıyevdir.

Onun tabeliyində olanlar: polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov.

Onlar brakonyerlərdən pul toplayaraq, ölkənin ərazi sularından kənarda qanunsuz balıq ovuna şərait yaradıblar.

Zabitlər pulu yığaraq hər ay Nağıyev veriblər.

Fakt üzrə CM-in 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Bakı Hərbi Məhkəməsi bu zabitləri həbs edib.

Həmçinin pulu toplayan və zabitlərə ötürən vasitəçi-brakonyerlər də həbs olunublar.

Eyni zamanda FHN müfəttişi Rəhman Babayev və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Arif Abdullayev həbs edilib.
 
turan.az