"Sərhədsiz Reportyorlar" da jurnalistləri dinləyənləri məhkəməyə verir

23-07-2021 13:36 / Bu xəbər 5318 dəfə oxundu

"Jurnalistin izlənməsi faktı hiddət doğurur”

"Sərhədsiz Reportyorlar" Təşkilatı minlərlə insanın dinlənilməsi ilə bağlı məsul şəxslərə qarşı məhkəmə iddiası açmaq niyyətindədir.

Bu barədə təşkilat bəyanat yayıb.

Bildirilib ki, 20 ölkədən 200 jurnalistin izlənməsi faktı hiddət doğurur.

""Pegasus” casus proqramından istifadə barədə məlumatlar izləmə miqyasını nəzərə alaraq şok və nifrətə səbəb olur. Bu, jurnalistlərin təqib edilməsi üçün yaradılmış iyrənc bir vasitədir", - təşkilatın baş katibi Kristof Deluar belə deyib.

Onun sözlərinə görə, proqramın tərtibçisi - "NSO Group”un törətdiyi cinayətə görə və onun mümkün etdiyi faciələrə görə cəzalandırılması üçün əllərindən gələni edəcəklər:

"Demokratik ölkələrdə ədalət mühakiməsi sistemləri bu fövqəladə məsələyə baxmalı, faktları müəyyənləşdirməli və günahkarları cəzalandırmalıdır. Təşkilat bir və ya bir neçə ölkədə məhkəmə iddiaları barədə qərar qəbul edib. Biz jurnalistləri və KİV-ləri casus proqramın ifşa olunmasında iştirak etmək üçün bizimlə əlaqə saxlamağa çağırırıq".///Meydan TV