Sərkisyan yeni SSRİ-yə qoşulacağı tarixi açıqladı
11-01-2014 12:26 / Bu xəbər 755 dəfə oxundu
Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin Avrasiya İqtisadi İttifaqına qoşulmasını nəzərdə tutan sənədlərin nə vaxt təsdiqlənəcəyini açıqlayıb.
Media forum saytının məlumatına görə, noyabrın 10-da Serj Sərkisyan deyib ki, hökumət Avrasiya İqtisadi İttifaqına dair sənədləri Konstitusiya Məhkəməsinə göndərib:
“Noyabrın 14-də dinləmələr başlayacaq. Noyabrın 17-dən gec olmayaraq qərar qəbul olunacaq və sənədlər parlamentə ötürüləcək. Parlament komissiyalarında baxılandan sonra dekabrın əvvəllərində sənədlərin plenar iclasda müzakirə olunacağı gözlənir”.
Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə imzalanıb. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.
Arqument.az












