Səslərin 98 faizi sayıldı: İlkin nəticələr - FOTO (YENİLƏNİR)

Səslərin 98 faizi sayıldı: İlkin nəticələr - FOTO (YENİLƏNİR)

07-06-2015 23:51 / Bu xəbər 1089 dəfə oxundu

Bu gün Türkiyədə parlament seçkiləri keçirildi. 

Musavat.com-un məlumatına görə, milyonlarla vətəndaş səs vermək üçün məntəqələrə yollanıb. Türkiyədə 53 milyon seçici 25-ci parlament seçkilərində iştirak edib. Seçkidə 20 partiya, 165 bitərəf namizəd təmsil olunub. 41 milyondan çox seçici səs verib. Keçərlil səs sayı isə 40 milyondur.

"Evet” yazılan möhürlər səhər yerli vaxtla saat 8:00-dan etibarən seçicilərin ixtiyarına verilib. 17:00-da başa çatan səsvermədə 18 yaşı tamam olmuş 1 milyon vətəndaş ilk dəfə səs verib. 

İlkin məlumatlara görə səslərin 40 faizi artıq sayılıb.

***
Səslərin 98 faizinin sayıldığı bildirilir. İlkin nəticələrə görə, HDP lazımlı səddi keçib, hakim partiya isə səs itirib və təkbaşına iqtidar olma şansı sual altına düşüb.