Səudiyyə İranla əlaqələri dayandırdı
04-01-2016 01:40 / Bu xəbər 1346 dəfə oxundu
İran ilə bütün əlaqələrimizi dayandırdıq.
Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cubeyr bildirib.
"İranın ölkəmizin təhlükəsizliyinə xələl gətirməsinə icazə verməyəcəyik. İranlı diplomatlar 48 saat ərzində ölkəmizi tərk etməlidir”, - Cubeyr bildirib.
Xatırladaq ki, şiə din xadimi Şeyx Nimrin edam edilməsindən sonra İran-Səudiyyə Ərəbistanı arasındakı münasibətlər olduqca gərginləşib.
Arqument.Az












