Şikayətçi: "Ali Məhkəmənin sifarişli Plenum iclası olacaq"
17-12-2022 02:44 / Bu xəbər 553 dəfə oxundu
"Ali Məhkəmə özü aşağı məhkəmə instansiyalarının qərarlarını qanuni olduğu üçün qüvvədə saxlamasına baxmayaraq həmin qərarların icrasına birbaşa müdaxilə edir. Daha açıq desək, sifariş əsasında ölkə qanunvericililyinə və formalaşmış məhkəmə təcrübələrinə uyğun gəlməyən, onları gülünc vəziyyətinə salan müxtəlif üsullarlar ləğv etməyə çalışır”.
"Arqument.az"-a müraciət edən Rusiya vətəndaşı olan azərbaycanlı Mətləb İsmayılov Ali Məhkəmədə üzləşdikləri qanunsuzluqla bağlı belə deyir.
Bir neçə ilə əvvəl onun Azərbaycandakı 2 şirkəti ("Ulduz” firması və "Baker Energy Services” QSC) "Socar-AQŞ” MMC ilə bir neçə müqavilə bağlayıb.
Şikayətçi deyir ki, adından sui-istifadə ediblər...
Mətləb İsmayılov deyir ki, "Socar-AQŞ” MMC-nin Dövlət Neft Şirkətinə heç bir aidiyyəti olmasa da, adından sui-istifadə edərək dövlət qurumlarına, o cümlədən məhkəmələrə də təzyiq edir.
Mətləb İsmayılovun da şirkətlərinə 5,4 mln. manat borcunu ödəməkdən yayınaraq əl atmadığı üsul qalmayıb. Buna baxmayaraq bir neçə il çəkən məhkəmə çəkişmələrindən sonra Ali Məhkəmənin 2022-ci ilin əvvəlində qüvvəyə minmiş qərarı əsasında "Socar-AQŞ” MMC borcu ödəməli idi.
Mətləb İsmayılov deyir ki, iş üzrə Ali Məhkəmə özü aşağı məhkəmə instansiyalarının qərarlarını qanuni olduğunu təsdqiləyib və qüvvədə saxlayıb. Buna baxmayaraq bu gün həmin qərarların icrasına birbaşa müdaxilə edir.
Sifariş əsasında ölkə qanunvericililyinə və formalaşmış məhkəmə təcrübələrinə uyğun gəlməyən, onları gülünc vəziyyətinə salan müxtəlif üsullarlar ləğv etməyə çalışır.
"Socar-AQŞ” MMC guya yeni açılmış hallar əsasında qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edib.
Guya hələ il yarım bundan əvvəl işdən çıxarılmış "Socar-AQŞ” MMC-nin keçmiş direktorunun seyfindən Mətləb İsmayılovun şirkətlərinin möhürləri aşkarlanıb. Bu da guya, o deməkdir ki, keçmiş direktor həmin şirkətlərlə sövdələşib.
"Socar-AQŞ” MMC tərəfindən ərizəyə qeyd etdiyi halları təsdiqləyən mötəbər sübutlar təqdim edilməməsinə baxmayaraq Ali Məhkəmə qanunla 20 günə baxmalı olduğu ərizəni 2022-ci ilin aprel ayından icraatında saxlayır (8 ay) və hələ də, bir münasibət bildirilməyib.
İş üzrə hər hansısa qanuni qüvvəsini almış məhkəmə hökmü yox, hər hansı digər qanuni qüvvəsini almış məhkəmə aktı yox, ümumiyyətlə bu halla bağlı hər hansı cinayət işi və ya digər araşdırma işi yox amma gəl gör ki, Ali Məhkəmə üçün ərizəni qanunsuz olaraq bu qədər icraatında saxlamaq üçün gözə görünməz, ağlasığmaz "əsaslar” var.
Mətləb İsmayılov Ali Məhkəmənin Plenumundan nə gözləyir?
Ali Məhkəmə hər nə yolla olursa-olsun qanuni qüvvəsini almış məhkəmə qərarını ləğv etmək üçün, yəni heç olmasa bir qanuni don geyindirmək məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna və Dövlət Təhlükəsizlik Xidmətinə məktublar (qanunda belə bir səlahiyyət müəyyən edilməyib) göndərir.
Məqsəd bu orqanlardan hər hansısa araşdırmaya nail olmaq və bununla da, guya "qanuni” əsas yaratmaqla və daha ciddi görünüş yaratmaqla Ali Məhkəmənin hakim heyətini qərarın ləğvinə məcbur etməkdir.
Lakin prokurorluq orqanına ünvanlanmış məktub hər hansı müsbət nəticə verməyib və məktubla Ali Məhkəməyə geri qaytarılıb. Başqa sözlə, Ali Məhkəmənin planladığı ssenari baş tutmayıb. Baş Prokurorluqda kimsə bu cinayətə bərabər əmələ bulaşmayıb.
Dövlət Təhlükəsizlik Xidmətində isə hər hansı araşdırma aparılmır.
Mətləb İsmayılovun əldə etdiyi məlumata görə, 19 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin Plenumunun iclası təyin edilib.
Bu iclas birmənalı şəkildə Mətləb İsmayılovun şirkətlərinə nisbətdə məqsədli formada təyin olunub.
19 dekabra qədər keçirilən Plenum iclaslarında bu şirkətlərə nisbətdə heç bir işə baxılmamasına baxmayaraq birdən birə gündəliyə bu 2 şirkət də salınır.
Maraqlıdır niyə?
Əldə edilən digər məlumata görə Ali Məhkəməyə mənbəyi bilinməyən bir yerdən "Ulduz” firması və "Baker Energy Services” QSC barəsində bir vərəqdən ibarət çox gizli müraciət daxil olub və həmin müraciət Ali Məhkəmənin sədri və Ali Məhkəmə Mülki Kollegiyasının sədri tərəfindən məxfi saxlanılır.
Bütün hakim heyətinə isə bildirilib ki, Plenum iclasında zərf açılacaq və müraciətin mətni ilə hamını tanış edəcəklər. Maraqlıdır bu məxfi müraciət hardan gəlib, nə yazılıb içində?
Bu iki şirkətə nə aidiyyatı var?
Mətləb İsmayılov hardan daxil olduğunu bilir, lakin, hazırda açıqlamansına ehtiyac duymadığını bildirir. Bu suallara cavab olaraq Mətləb İmayılovun digər ehtimalı odur ki, burada rəsmi, hər hansı cinayət xarakterli və dövlət əhəmiyyəlti bir məsələ yoxdur. Sadəcə, Ali Məhkəmənin sədrinin, Ali Məhkəmənin Mülki Kollegiyası sədrinin məhkəmə qərarlarının ləğvinə yönəlmiş ssenaridir. Hər nə yolla olursa-olsun qərarı ləğv etsinlər.
Mətləb İsmayılov bildirir ki, hazırki müraciətinin əsas məqsədi onun şirkətlərinə qarşı edilən haqsızlıqları və qanunsuzluqları ölkə ictimaiyyətinin və ən əsasda daim vətəndaşların və sahibkarların arxasında dayanan, qayğısına qalan Cənab Prezidentin diqqətinə çatdırmaqdır.
"Ümid edirik ki, 19 dekabra 2022-ci il tarixə təyin edilmiş Plenum iclasında ədalətli qərar qəbul ediləcək, ölkənin məhkəmə təcrübəsini alt-üst edən qərar qəbul edilməyəcək, məhkəmə qərarlarının icrasına edilən maneələr aradan qaldırılacaq və ölkəyə yatırım etmiş şəxsin və onun şirkətlərinin müflis olunmasının qarşısı alınacaq", - deyə o bildirib.












