Siyavuş Novruzovun istefası qəbul edildi
25-08-2020 17:39 / Bu xəbər 1915 dəfə oxundu
Deputat artıq partiyanın rəhbərliyində təmsil olunmayacaq
Siyavuş Novruzovun Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini vəzifəsindən azad edilməsi barədə müraciəti qəbul edilib.
APA hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevə istinadən bu barədə məlumat yayıb.
Avqustun 25-də YAP İcra katibinin müavini Siyavuş Novruzov partiyanın sədri İlham Əliyevə vəzifəsindən azad edilməsi haqqında müraciət edib.
Siyavuş Novruzov ötən həftə sabiq deputat İlham Əliyevin qızının toy məclisində iştirak etdiyi üçün Yeni Azərbaycan Partiyası ona töhmət elan edib. Eyni zamanda, o, polis tərəfindən də cərimə olunub.












