Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq ölüb

Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq ölüb

09-01-2023 12:24 / Bu xəbər 528 dəfə oxundu

Vəfat edənlər polis leytenantlarıdır

Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları olan iki polis zabiti birlikdə yaşadığı evdə vəfat edib. 

Hadisə Siyəzəndə baş verib. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə yanvarın 8-dən 9-na keçən gecə baş verib. 

Vəfat edənlər polis leytenantları – 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərovdur.

Onlar işlədikləri Siyəzən rayonunda kirayə qalırlarmış. 

Hadisə də həmin mənzildə baş verib.

Polis zabitlərinin dəm qazından boğularaq vəfat etdikləri müəyyənləşdirilib.

Bir neçə gün əvvəl Bakıda bir mənzildə dörd nəfər də dəm qazından boğularaq, vəfat etmişdi.