Slovakiya Ukraynaya S-300 sistemlərini göndərməyi planlaşdırır
17-03-2022 00:45 / Bu xəbər 802 dəfə oxundu
Slovakiya Rusiyanın hava hücumlarından müdafiə üçün Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi verməyə razılıq verib.
CNN məlumat yayıb.
Bildirilir ki, Slovakiya NATO-nun bu sistemlərə malik üç müttəfiqindən biridir.
Slovakiya "S-300” sistemlərinin əvəzi olaraq yeni hava hücumundan müdafiə sistemləri ilə bağlı təminat istəyir. Əgər ölkə S-300-lərini Ukraynaya göndərsə, çox güman ki, imtina etdiyi sistemləri kompensasiya etmək üçün ABŞ istehsalı olan "Patriot” hava hücumundan müdafiə sistemi alacaq.
Almaniya və Hollandiya artıq açıq şəkildə Slovakiyaya "Patriot” sistemlərinin göndərəcəklərini açıqlayıblar.
Bir neçə saat əvvəl isə Ukrayna Prezidenti Zelenskinin xahişi ilə ABŞ Prezidenti Co Bayden 800 milyon dollar dəyərində yeni yardım paketini təsdiqləyib.
Həmin paketə təyyarə və helikopterləri vurmaq və hava məkanını qorumaq üçün 800 ədəd zenit sistemi, həmçinin 9 min tank əleyhinə silah, 7 min atıcı silah, o cümlədən pulemyotlar, qumbaraatanlar və müxtəlif döyüş sursatları, o cümlədən artilleriya da daxildir.












