"SM Construction Supplies" hansı tenderləri udur?

29-07-2022 01:56 / Bu xəbər 1121 dəfə oxundu

Azərbaycanda dövlət tenderlərindən böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib. 

FED.az xəbər verir ki, bu – "SM Construction Supplies" MMC-dir (VÖEN: 1404327661).

Sözügedən şirkət iştirak etdiyi dövlət tenderlərində 3 milyon 854 min 465 manatlıq sifariş qazanıb. 

Şirkət bu sifarişləri cəmi 9 tenderlə əldə edib – bir tenderin orta qiyməti 428 min manatdır.

"Azservis" QSC -nin əsas "müştərisi" Lənkəran Dövlət Universiteti olub. 

Şirkət 9 tenderdən 1-ni bu qurumdan qazanmaqla 2 milyon 850 min 7 manat əldə edib. 

Bu isə ümumi tenderlərin 74 faizi deməkdir.