SMİ məzunları Türkiyədə səfərdədirlər

SMİ məzunları Türkiyədə səfərdədirlər

02-10-2022 15:20 / Bu xəbər 920 dəfə oxundu

Siyasi Menecment İnstitutunun (SMİ) "Praktiki Siyasət", "İqtisadi-Siyasət" və "Dövlət İdarəçiliyi" proqramlarından qalib olmuş məzunları "Türkiyədə Təcrübə Proqramı" çərçivəsində "Demokrat" Partiyası baş katibi, vaxtı ilə Süleyman Dəmirəlin sözçüsü olmuş Serhan Yücel ilə görüşüblər. 

Bu barədə Siyasi Menecment İnstitutu məlumat yayıb. 

Görüş zamanı liberal iqtisadiyyat, parlamentar sistem, majoritar seçki sistemi, Azərbaycan Türkiyə münasibətləri barəsində müzakirələr edilib. 

Bildirilir ki, hazırda Türkiyədə olan SMİ-nin "Praktiki Siyasət", "İqtisadi-Siyasət" və "Dövlət İdarəçiliyi" proqramlarından qalib olmuş məzunları "Türkiyədə Təcrübə Proqramı" çərçivəsində "Saadet" Partiyasının başqan yardımçısı ilə də görüşüblər.  

Görüş zamanı Türkiyə-Azərbaycan münasibətləri, Türkiyənin indiki çətin durumdan mümkün çıxış yolları, mühafizəkarlıq və demokratiya arası münasibətlər müzakirə edilib.