SOCAR-ın idarə rəisi işdən çıxıb

SOCAR-ın idarə rəisi işdən çıxıb

28-07-2021 15:11 / Bu xəbər 2189 dəfə oxundu

Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev vəzifəsindən azad edilib.

Bu barədə məlumatı "Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov təsdiq edib.

Onun sözlərinə görə, V.Əliyev öz ərizəsi ilə vəzifəsini tərk edib. Bundan başqa, o, şirkətin Türkiyədəki törəməsinin İdarə Heyətinin sədr müavini vəzifəsindən azad edilməsi üçün də ərizə ilə müraciət edib.

V.Əliyevin yerinə hələ ki təyinat olmayıb.

İdarə rəisinin vəzifəsindən azad edilməsi ilə bağlı ilk xəbəri oxu.az saytı yayıb.