"SOCAR Trading": Cenevrədəki biznes fəaliyyətimiz davam etdirilir

26-05-2016 14:11 / Bu xəbər 1339 dəfə oxundu

 "SOCAR Trading" şirkəti Cenevrədəki hazırkı biznes fəaliyyətini davam etdirir". 

"Report" xəbər verir ki, bu barədə şirkətin açıqlamasında qeyd olunub.

"KİV-də "SOCAR Trading"in bağlanması ilə bağlı yer alan məlumatla əlaqədar olaraq qeyd etmək istərdik ki, bu məlumat qeyri-dəqiqdir və Cenevrədəki bütün hazırkı biznes fəaliyyətimizi davam etdiririk", - deyə məlumatda qeyd olunub.

Qaynarinfo.az