SOCAR Trading SA və ONGC Videsh Limited anlaşma memorandumu imzaladı

SOCAR Trading SA və ONGC Videsh Limited anlaşma memorandumu imzaladı

30-05-2016 11:00 / Bu xəbər 1366 dəfə oxundu

İmzalanmış memorandum iki tərəfin neft-qaz sənayesində əməkdaşlığını nəzərdə tutur.

SOCAR Trading SA və ONGC Videsh Limited anlaşma memorandumu imzalayıb.

"Report" "SOCAR Trading"ə istinadən xəbər verir ki, imzalanma mayın 27-də baş tutub.

İmzalanmış memorandum iki tərəfin satışdan gələn gəlirin optimallaşmasında təcrübənin mübadiləsi yolu ilə neft-qaz sənayesində əməkdaşlığını nəzərdə tutur.

Qərargahı Cenevrədə yerləşən "SOCAR Trading" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) marketinq bölməsi kimi Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yaxınlıqdakı digər yataqlarından hasil olunan Azərbaycan neftinin satışı üçün 2007-ci ilin dekabr ayında qeydiyyatdan keçib.
 
2016-cı il yanvar ayına olan vəziyyətə görə, "SOCAR Trading"in Cenevrə, London, Sinqapur, Dubay və Kalqaridəki beş əsas ticarət nümayəndəliklərində, eləcə də bir neçə digər nümayəndəlikdə olan 200-dən artıq əməkdaşı var. 

Arqument.az