Son bir günə olan yoluxma sayı: 352 nəfər

Son bir günə olan yoluxma sayı: 352 nəfər

21-07-2020 21:02 / Bu xəbər 1345 dəfə oxundu

Azərbaycan daha 352 nəfər koronavirusa yoluxub, 449 nəfər isə sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 28 242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. 

Onlardan 19 939 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 927 nəfərdir.

Ötən müddət ərzində 641 732 test aparılıb. Bugünkü test sayı isə 7 034-dür.