Son bir günə olan yoluxma sayı: 531 nəfər

Son bir günə olan yoluxma sayı: 531 nəfər

11-07-2020 18:45 / Bu xəbər 562 dəfə oxundu

Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxub, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 23 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 616 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 045 test aparılıb, bununla da ötən müddət ərzində aparılan testlərin sayı 560 356-ya çatıb.