Sosial şəbəkələrdə “patı” satan bir qrup şəxsin saxlanıldığı bildirilir

Sosial şəbəkələrdə “patı” satan bir qrup şəxsin saxlanıldığı bildirilir

06-07-2021 13:47 / Bu xəbər 2067 dəfə oxundu

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə təmassız, yəni onlayn yolla satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Bu barədə iyulun 6-da Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Əməliyyatlar zamanı heorin, "patı”, "şüşə” kimi tanınan "Metamfetamin” psixotrop maddələr, "Mefedron”, "Ekstazi”, "Tramadol”, "Kokain” və digər narkotiklər aşkarlanıb. DİN ümumillikdə 9 nəfərin saxlandığı barədə məlumat yayıb. 

Bildirilir ki, faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.