Sovet dissidenti vəfat edib

Sovet dissidenti vəfat edib

09-08-2021 13:17 / Bu xəbər 564 dəfə oxundu

Kovalyov hüquq müdafiəçisi kimi fəaliyyət göstərirdi

Sovet dissidenti, hüquq müdafiəçisi, Rusiyanın 1993-cü il Konstitusiyasının müəlliflərindən biri Sergey Kovalyov avqustun 9-da vəfat edib.

Bu barədə Sergey Kovalyovun oğlu İvan Kovalyov "Facebook" səhifəsində yazıb.

1930-cu ildə Ukraynada doğulan Sergey Kovalyov 1954-cü ildə Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

O, 1969-cu ilin mayında "SSRİ-də insan haqlarının müdafiəsi təşəbbüs qrupu"na üzv olub.

S.Kovalyov 1974-cü ildə antisovet təbliğatında ittiham olunaraq həbs edilib, 1 il sonra isə 7 il azadlıqdan məhrum olunur.

Sergey Kovalyov 1993-2003-cü illərdə Rusiya Dövlət Dumasının deputatı olub.

S.Kovalyov 1994-1995-ci illərdə Rusiyada İnsan Haqları Ombudsmanı vəzifəsində çalışıb və eyni zamanda, İnsan və Vətəndaş Haqları Bəyannaməsinin (1991) müəlliflərindən biridir.

Bundan əlavə, S.Kovalyov Rusiyanın "Memorial" tarixi, təhsil və insan hüquqları cəmiyyətinin sədri və "İnsan Haqları İnstitutunun" prezidenti vəzifələrində çalışıb.///Meydan TV