Şoyqu Arutyunyanla Qarabağı müzakirə etdi
28-02-2021 22:50 / Bu xəbər 1461 dəfə oxundu
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.
Məlumatı fevralın 27-də Rusiya Müdafiə Nazirliyi yayıb.
"Danışıqlar zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər, Dağlıq Qarabağda Rusiya sülhməramlılarının tapşırıqları yerinə yetirməsi vəziyyəti, qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib”, - məlumatda bildirilib.
Fevralın 25-də də hər iki nazir arasında oxşar mövzuda telefon danışığı olub.