Şoyqu rüşvət almaqda təqsirləndirilən müavinini vəzifəsindən uzaqlaşdırdı
25-04-2024 14:00 / Bu xəbər 800 dəfə oxundu
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Timur İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırıb.
Xəbəri TASS yayıb.
Bildirilir ki, Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət alma ittihımı ilə saxlanılıb.
İvanovun 1 milyard rubldan çox məbləğdə rüşvət aldığı deyilir.
Məlumatda qeyd olunur ki, əgər ittiham sübuta yetiriləcəksə, nazir müavinini 15 il azadlıqdan məhrum etmə cəzası gözləyir.