“Spiegel”: “Avropa Birliyi dağılır...”
29-06-2015 02:33 / Bu xəbər 1501 dəfə oxundu
Avrozonada üzücü iqtisadi böhran siyasi böhrana keçib, Avropa Birliyi dağılma təhlükəsi qarşısındadır və bunun da günahı alman hökumətinin uzağı görməyən strategiyasındadır.
Musavat.com-un məlumatına görə, bu barədə "Der Spiegel” jurnalının iqtisadi şərhçisi Henrik Müller yazıb.
Müəllifə görə, Avropa Birliyinə təhlükəni öz-özlüyündə yunan böhranı yox, son illərin siyasi qərarlarından doğan yorğunluq diktə edir. Onun fikrincə, Avropa problemlərlə yüklənib və bölünüb. "Qurum onun qarşısında duran çağırışlara – köçkün axını, dinçi terror təhdidi, Rusiyanın sürətlə silahlanması, yunan böhranı, İngiltərənin Avropa Birliyindən çıxmaqla bağlı hədələrini özünü itirməklə, daxili sıxıntı və eqoizmlə reaksiya verir” – yazır məqalə müəllifi. Onun qənaətincə, Avropa Birliyi dağılma ərəfəsindədir.
Yazı müəəlifi hesab edir ki, belə bir böhranı ilk növbədə Angela Merkel hökumətinin siyasəti gətirib.
Arqument.Az












