Sürücülərin nəzərinə

Sürücülərin nəzərinə

10-01-2015 11:28 / Bu xəbər 1152 dəfə oxundu

Nobel prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 10:30-dan etibarən, Nobel prospektinin Gəncə prospekti ilə kəsişməsindən Ramiz Quliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Arqument.az