Sürücülərin nəzərinə! - Bu yol təmirə bağlanır

Sürücülərin nəzərinə!  - Bu yol təmirə bağlanır

07-01-2014 10:16 / Bu xəbər 803 dəfə oxundu

Bakının mərkəzi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 

Arqument.az anspress-ə istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən paytaxtın Koroğlu Rəhimov küçəsi təmir işləri ilə əlaqədar 3 gün müddətinə bağlı olacağı bildirilib.

Avtomobil sahiblərinə, sürücülərə təmir işləri başa çatana qədər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Arqument.az