Stoltenberqi Rutte əvəzlədi

Stoltenberqi Rutte əvəzlədi

27-06-2024 15:38 / Bu xəbər 209 dəfə oxundu

Baş nazir NATO-nun Baş katibi vəzifəsinə təsdiqlənib

İyunun 26-da Niderland hökumətinin başçısı Mark Rutte rəsmi olaraq NATO-nun Baş katibi vəzifəsinə təsdiq edilib.

Bu barədə "European Pravda” Şimali Atlantika Alyansının mətbuat xidmətinə istinadən məlumat yayıb.

M.Rutte 2014-cü ildən Baş katib olan Yens Stoltenberqi əvəz edəcək.

M.Rutte səlahiyyətlərinin icrasına oktyabrın 1-də hazırkı Baş katib Stoltenberqin mandatı başa çatdıqdan sonra başlayacaq.

Qeyd olunur ki, ötən həftə Rumıniya Prezidenti Klaus İohannis NATO-nun Baş katibi vəzifəsinə namizədliyini geri götürəklə Mark Ruttenin təyinatına yol açıb.

Bundan bir qədər əvvəl rəsmi Budapeşt Mark Ruttenin NATO-nun Baş katibi təyin edilməsinə etirazını geri götürmüşdü.

Mark Rutte Niderland tarixində ən uzun müddət vəzifədə olan Baş nazirdir.

Mark Rutte Rusiya lideri Vladimir Putinin kəskin tənqidçisi və Ukraynanın sadiq müttəfiqi kimi tanınır.

Onun Baş nazirliyi zamanı Rusiya 2014-cü ilin iyulunda Donbass səmasında sərnişinlərinin əksəriyyəti Niderland vətəndaşları olan Malayziya "Boeing”i vurub.