Süleyman Soylu: "ABŞ-ın başsağlığını qəbul etmirik"

Süleyman Soylu:

14-11-2022 14:03 / Bu xəbər 798 dəfə oxundu

"İstanbuldapartlayışı törədən terrorçular saxlanılmasaydı, Yunanıstana qaçacaqdılar".

Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə belə deyib.

Nazir bildirib ki, terror aktının sifarişçiləri partlayışı törədən şəxsin öldürülməsi ilə bağlı əmr verərək sübutları aradan qaldırmağa çalışıb.

Onun sözlərinə görə, Türkiyə terror aktı ilə ona mesaj göndərənlərin cavabını verəcək, antiterror əməliyyatını davam etdirəcək.

Türkiyəli nazir həmçinin terrorla bağlı xarici dövlətlərə də mesaj verib.

"ABŞ-ın başsağlığını qəbul etmirik”, – deyə Soyluq qeyd edib
 
O həmçinin deyib ki, "Kobani kimi terror bölgələrini bəsləyən, oradan Türkiyənin sabitliyini pozmağa çalışan, bu anlayışa öz senatorlarından pul göndərən bir dövlətlə müttəfiqliyimiz, əlbəttə ki, dartışılmalıdır. Bu qədər açıq və net".

Noyabrın 13-də saat 17 radələrində Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayışda 6 nəfərin öldüyü, 53 yaralının olduğu bildirilir.

Süleyman Soylu partlayışın PKK/PYD terror təşkilatı tərəfindən törədildiyini söyləyib.

O bildirib ki, terroru törədən Suriya əsilli Əhlam Əlbəşir saxlanılıb.