Sumqayıtda karantini pozan restoran sahibi saxlanıldı

Sumqayıtda karantini pozan restoran sahibi saxlanıldı

20-01-2021 11:42 / Bu xəbər 426 dəfə oxundu

Sumqayıt şəhərində karantini pozan restoran aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən yanvarın 19-da Corat qəsəbəsi ərazisində qəsəbə sakini İ.Balakişiyevə məxsus restoranın fəaliyyət göstərməsi müəyyən edilib.

İ.Balakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olunaraq şəhər məhkəməsinə göndərilib. Orada olan 15 nəfər müştəri barəsində isə protokollar tərtib olunaraq hər biri 200 manat cərimə edilib.