"Sumqayıtda Milli Qəhrəmanın adını daşıyan küçənin sakinləri 20 gündür susuz qalıb"
05-07-2021 13:09 / Bu xəbər 1624 dəfə oxundu
Sumqayıtda "Yaşıldərə" yaşayış massivinin Milli Qəhrəman Əliyar Əliyevin adını daşıyan küçəsinin 4-cü məhəlləsinin (Xıdırlı məktəbinin yolunda) sakinləri artıq 20-günə yaxındır ki, susuzluqdan əziyyət çəkir.
Bu barədə arqument.az-a sakinlər məlmat veriblər.
Onlar bildiriblər ki, qızmar yay günləri işməli su üzünə belə həsrət qalan sakinlər məcbur olub hər gün suyu su gələn qonşu məhəllələrdən vedrələrlə, qablarla əl ilə daşıyırlar.
Sakinlərin sözlərinə görə, neçə vaxtdır su borusu çəkilən məhəllə sakinləri, demək olar ki, hər yay bu əziyyətlə qarşılaşırlar: "Suya tələbat artır, məhəlləni su ilə təmin edən borudakı suyun təzyiqi çox aşağı düşür və ya nə səbəbdənsə onlara su gəlmir".
Sakinlər problemlə bağlı dəfələrlə Sumqayıt Sukanal İdarəsinə, Sumqayıt şəhər Bələdiyyəsinə ,yerli icra orqanlarına müraciət etsələr də onların şikayəti həllini tapmır, heç bir tədbir görülmür, yalnız vədlər verilir.












