Sumqayıt TKQ: dövlət idarəsi, yoxsa...

Sumqayıt TKQ: dövlət idarəsi, yoxsa...

25-06-2015 11:53 / Bu xəbər 789 dəfə oxundu

Akif Əsgərov marketinq şöbəsinə qardaşı oğlunu, müavini Azər Əliyev isə abunə şöbəsinə qardaşını müdir təyin edib

Azərbaycanda qanunları ilk olaraq məmurlar tapdalayır. Onları öz xeyirlərinə dəyişir və ya həmin qanunları bir kənara qoyaraq, bildikləri kimi hərəkət edirlər. Necə ki bu vəziyyət Sumqayıt Telekommunikasiya Qovşağında baş verir. 

JAM.AZ xəbər verir ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov və müavini Azər Əliyev ailə podratı yaradıblar. Məlumata görə, Akif Əsgərov qardaşı oğlu Nurlan Əsgərovu Sumqayıt TKQ-nin marketinq şöbəsinə müdir təyin olunub və xeyli müddətdir həmin vəzifədə çalışır. 

Əsgərovun müavini Azər Əliyev isə TKQ-nin abunə şöbəsinə öz qardaşını rəis gətirərək, onu işlə təmin edib. Vahid Əliyevin bu posta təyinat almasından əlavə, işə götürülən sürücülər də elə Əsgərovla Əliyevin yaxın qohumlarından ibarətdir. 

Xatırladaq  ki, Azərbaycan Respublikasının "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda qohumların birgə işləməsi qadağan edilir. Həmin qanunun 7-ci maddəsində açıq şəkildə qeyd edilir ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olanlar heç bir vəzifə tuta bilməzlər. 

Qarşı tərəfi də dinləməyə hazırıq.