Sumqayıtda Nizami Gəncəvinin heykəli yoxa çıxıb - FOTO

Sumqayıtda Nizami Gəncəvinin heykəli yoxa çıxıb - FOTO

28-10-2019 11:47 / Bu xəbər 984 dəfə oxundu

Sumqayıt şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli sökülüb. 

Şəhər bazarının yaxınlığında yerləşən heykəl bir neçə gündür yerindən götürülüb. 

Bu barədə oxu.az məlumat yayıb.

Məlumatda deyilir ki, heykəlin hara aparılması bəlli deyil. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə bildirib ki, şairin heykəli adına layiq yerə köçürülür.  

"Nizami Gəncəvinin heykəli şəhərdə yeni tikilmiş "Nizami” kinoteatırının qarşısında ucaldılacaq. Bunun üçün işlər artıq tamamlanmaq üzrədir”, –  E.Qocayev deyib.