Suqovuşanda minaya düşən əsgər şəhid oldu

Suqovuşanda minaya düşən əsgər şəhid oldu

16-04-2021 12:16 / Bu xəbər 4562 dəfə oxundu

Azərbaycan Ordusunun aprelin 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minaya düşən əsgəri Bayramov İlkin Bayram oğlu şəhid olub.

Aprelin 16-da verilən xəbərə görə, hadisə nəticəsində ağır yaralanaraq komaya düşən hərbi qulluqçu bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

Mərhum Ağstafa rayonunun Pirli kənd qəbiristanlığında dəfn ediləcək.

İ.Bayramov Ağstafa rayonunun Pirli kəndində anadan olub. O, 44 günlü müharibədə iştirak edib. Prezident İlham Əliyevin ötən ilin dekarbrın 30-da imzaladığı sərəncamla "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib ("Report").