Suraxanıda yanğın: FHN və təcili yardım briqadası cəlb olunub

Suraxanıda yanğın: FHN və təcili yardım briqadası cəlb olunub

30-08-2024 18:20 / Bu xəbər 716 dəfə oxundu

Bir nəfərə tibbi yardımın göstərildiyi açıqlanıb

Bakının Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) "Neftqazelmitədqiqatlayihə” İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

Qeyd edilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib.

Təcili tibbi yardım briqadaları hadisə yerindədir.