Suriyada daha bir İran generalı öldürüldü
09-10-2015 16:16 / Bu xəbər 1275 dəfə oxundu
İslam İnqilabının Müdafiəçiləri Korpusunun (İİMK) daha bir yüksək rütbəli nümayəndəsi, briqada generalı Hüseyn Həmədani Suriyada öldürülüb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə İİMK-nin rəsmi saytında məlumat verilib.
H.Həmədani Hələb şəhəri yaxınlığında həlak olub. General orada İŞİD-ə qarşı döyüşən Suriya ordusuna məsləhət xidməti göstərirmiş.
H.Həmədani 2005-ci ildə İİMK komandirinin müavini təyin olunmuşdu. O, Suriyada gedən vətəndaş müharibəsi zamanı bu ölkənin hökumətinin hərbi müşaviri kimi çalışıb və əl-Qüds əməliyyatına rəhbərlik edib.
Suriyada bundan əvvəl daha bir İran generalı öldürülüb. Bu, İran İnqilab Qvardiyasının yüksək rütbəli nümayəndəsi, briqada generalı Cabbar Dərasavi idi.












