Şuşa azad edildi
08-11-2020 14:22 / Bu xəbər 1425 dəfə oxundu
Şuşa şəhəri işğaldan azad edilib.
Bu barədə Prezident İlham Əliyev xalqa müraciəti zamanı deyib. O, bir sıra kəndlərin də işğaldan azad olunduğunu bildirib.
Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.
Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir.
Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.
3-cü humanitar atəşkəs razılaşması isə oktyabrın 26-da saat 08:00-da qüvvəyə minib.
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Minks Qrupu çərçivəsindəki 30 oktyabr tarixli Cenevrə görüşündə tərəflər dinc əhaliyə və qeyri-mülki obyektlərə qəsdən atəş açmamaqla bağlı razılığa gəliblər.
Hazırda Qarabağda döyüşlər davam edir.












