Şuşa ilə bağlı məktub BMT-nin rəsmi sənədi kimi dərc olunub

Şuşa ilə bağlı məktub BMT-nin rəsmi sənədi kimi dərc olunub

20-05-2020 15:01 / Bu xəbər 1080 dəfə oxundu

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin qurumun baş katibi Antonio Quterreşə Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı ünvanladığı məktub BMT-nin rəsmi sənədi kimi yayılıb. 

"Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva "Twitter” səhifəsində yazıb. 

Onun sözlərinə görə, məktubda Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin mayın 8-də Azərbaycanın Şuşa şəhərini işğal etdiyi diqqətə çatdırılıb. Həmin məktub BMT Baş Assambleyasının sənədi kimi dərc edilib.