Şuşa yolu - FOTOLAR

Şuşa yolu - FOTOLAR

24-11-2020 16:43 / Bu xəbər 1325 dəfə oxundu

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasında başlanılıb. 

Məlumatı Avtomobil Yolları Dövlət Agentliyi yayıb.

Bildirilir ki, yolun tikinti layihəsinin uzunluğu 101,5 kilometr, yolun ümumi eni isə 37,7 metr təşkil edəcək. 

Yeni avtomobil yolunun əsas hissəsinin eni 21,5 metr olmaqla dörd hərəkət zolağından ibarət olacaq. 

Layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik bir ehtiyat zolağın inşası da nəzərdə tutulub. 

Ehtiyat zolaqlarla birgə yolun altı hərəkət zolağından ibarət olması planlaşdırılır.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir. 

Avtomobil yolunun Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcəyi bildirilib.