Şuşanın icra başçısının 100 minlik avtomobilinin görüntüsü

Şuşanın icra başçısının 100 minlik avtomobilinin görüntüsü

15-07-2021 18:04 / Bu xəbər 2183 dəfə oxundu

Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərova məxsus bahalı avtomobilin görüntüsü yayılıb. 

Görüntülərdə icra başçısının "Toyota Sequaia” markalı avtomobildən düşərək Şuşa şəhər İcra Hakimiyyətinin Bakıdakı inzibatı binasına daxil olduğu əks olunur.

Məlumatı qaynar.info yayıb. 

Məlumata görə, "Toyata Sequaia” markalı 10 OP 123 dövlət qeydiyyatlı avtomobil Bayram Səfərovun öz adınadır.

Bildirilir ki, həmin maşının qiyməti 100 min manata yaxındır. Avtomobilin dövlət nömrə nişanı da prestijli nömrələr kateqoriyasına daxildir. Bu nömrənin qiyməti "qara bazar”da 10 min manatdan artıqdır.

Bayram Səfərov 2009-cu ildən Şuşa şəhər İcra hakimiyyətinin başçısıdır. 

O ən çox tənqid olunan məmurlardan hesab edilir.