Tağım komandirinin meyiti yaşadığı mənzildə tapılıb

Tağım komandirinin meyiti yaşadığı mənzildə tapılıb

28-01-2022 00:54 / Bu xəbər 711 dəfə oxundu

Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir

Yanvarın 27-də "N” saylı hərbi hissədə tağım komandiri Eşqin İsmayıllının meyiti yaşadığı evdə tapılıb.

1995-ci il təvəllüdlü Eşqin İsmayıllı Culfa rayonunda yaşayıb.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

İlkin məlumata görə, tağım komandiri ürək çatışmazlığı səbəbindən vəfat edib.