Taleh Heydərov Türkiyənin böyük şirkətlərindən birinin payçısıdır - SƏNƏD

Taleh Heydərov Türkiyənin böyük şirkətlərindən birinin payçısıdır - SƏNƏD

17-02-2020 20:29 / Bu xəbər 1699 dəfə oxundu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov Türkiyədə enerji hasilatı ilə məşğul olan "Neta  Enerji Üretimi Limited" şirkərinin də payçılarındandır.

Arqument.Az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli üzə çıxarıb.

O bu barədə feysbuk hesabında yazıb.

"18 fevral 2010-cu il tarixdə təsis olunan və nizamnamə kapitalı 50 min lirə təşkil edən şirkətin 45 min lirəlik 1800 səhmi Tale Heydərova, 5 min lirəlik 200 səhmi isə Türkiyə vətəndaşı Hasan Dündara aiddir. Şirkətin hüquqi ünvanı: Evliya Çelebi Mah. Yasemin Sok. No:11 Tuzla, İstanbul", - jurnalist bildirib. 

Qeyd edək ki, Taleh Heydərov Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri (2008) olub, hazırda isə "Qəbələ” idman klubunun keçmiş prezidentidir. 

Onun rəhbəri olduğu və Britaniyada təsis etdiyi Avropa Azərbaycan Cəmiyyəti (TEAS) 2018-ci ildə bağlanıb.

Bunu isə şirkətin direktoru BBC News Azərbaycancaya deyib.

2008-ci ilin iyul ayında təsis olunan şirkətin bağlanması Birləşmiş Krallıqda qeydiyyatda olan şirkətlərin rəsmi siyahısında yerləşdirilən sənədlərdə göstərilir.

Sənədlərə əsasən The European Azerbaijan Society (TEAS) adı ilə qeydiyyatda olan təşkilatın bağlanmasına dair qərar bu il, iyul ayının 6-ı verilib.

TEAS-ın keçmiş direktoru, Lionel Zetter BBC News Azərbaycancaya şərh verməkdən imtina edib.

TEAS Britaniyada və bir neçə Avropa ölkələrində Azərbaycana dair tədbirlər təşkil edib.

Onu da qeyd edək ki, şirkətin adı Azərbaycana qarşı korrupsiya iddialarında hallanıb.