Tanklar Ukraynaya girəndə Putinin sevgilisi İsveçrəyə qaçıb
13-03-2022 01:25 / Bu xəbər 1069 dəfə oxundu
Alina Kabayevanın Luqanoda gizləndiyi bildirilir
"Unian.net” xəbər verir ki, xanım gimnast balaca uşaqları ilə təhlükəsiz yerə gedib.
Rusiya Ukraynaya hərbi təcavüzə başlayanda 38 yaşlı gimnast Alina Kabayeva azyaşlı uşaqları ilə İsveçrənin Luqano yaxınlığındakı "çox tənha və çox təhlükəsiz” dağ evinə gedib.
"The Mirror” nəşri Kabayevanın dəbdəbəli həyatının təfərrüatlarını öyrənə bilib.
Kabayevanın azyaşlı uşaqlarının atasının Rusiya Prezidenti Vladimir Putin olduğu qeyd edilib: "Bir vaxtlar "Rusiyanın ən elastik qadını" kimi tanınan Olimpiya qızıl medal mükafatşısı gimnast Alina Kabayeva rus tankları Ukraynaya doğru hərəkət edən zaman Putindən olan azyaşlı uşaqları ilə yaxınlıqdakı "çox tənha və çox təhlükəsiz" dağ evinə yollanıb".
Jurnalistlərin dediyinə görə, Putinin iki oğlu və iki qızının anası sayılan 38 yaşlı Kabayeva qorunan dəbdəbəli malikanədə yaşayır.
"Koronavirus pandemiyasından əvvəl tez-tez Putinin sevgilisinin şəhərdə olması ilə bağlı şayiələr gəzirdi. Bəllidir ki, onların burada möhkəm əlaqələri var, lakin onları tanıyan hər kəs sanki sirrin qorunması üçün and içib” - İtaliya sərhədi yaxınlığındakı Luqano şəhərindən jurnalistlərə deyilib.
"Rusiya sanksiyalara görə parçalansa da, Putinə görə bura Alina və uşaqları gizlətmək üçün ən idel məkandır” - sayt yazıb.
Nəşr Putinin uşaqlarının doğulması ilə bağlı bəzi təfərrüatları da öyrənə bilib.
Bildirilir ki, Luqano yaxınlığında yerləşən Clinica Sant'Anna adlı VIP klinikalardan birində Kabayeva 2015-ci ildə Putinə əkiz qızlar dünyaya gətirib.
Məlumata görə, Rusiya prezidenti doğuşda iştirak edib, ona görə də klinikada - körpələr və mühafizəçilər üçün iki ayrı otaq icarəyə götürülüb.












